Koreya Respublikası və ABŞ-ın Hərbi Hava Qüvvələri birgə təlimlərə başlayıb.
Cia.az “TASS”a istinadən xəbər verir ki, təlimlər 5 gün davam edəcək.
Təlimlərə təqribən 100 aviatexnika, həmçinin Cənubi Koreyanın “F-15K” və “KF-16” qırıcıları, ABŞ-ın “F-16” qırıcıları cəlb olunub.
Təlimlər barədə digər detallar açıqlanmayıb.
Qeyd edək ki, iki ölkə son illərdir ki, azaldılmış miqyasda birgə təlimlər keçirir.
