|
Quterriş: “Romanı doğrulmayan ümidlərlə tərk edirəm”

 

BMT-nin Baş Katibi Antoniu Quterriş Romada keçirilən “Böyük İyirmilik” (G20) sammiti ilə bağlı paylaşım edib.

O, şəxsi “Twitter” səhifəsində tədbirlə bağlı ümidlərinin doğrulmadığını yazıb.

 

“G20-nin qlobal problemlərin həlli axtarışlarını davam etdirəcəyini alqışlasam da, Romanı doğrulmayan ümidlərlə tərk edirəm. Hərçənd, onlar hələ də ölməyib”, - yazaraq Quterriş qeyd edib.

O, iqlim dəyişikliyinə qarşı mübarizə məsələlərinin Qlazqoda işə başlayan BMT İqlim Sammitində öz həllini tapacağını gözlədiyini bildirib.