|
Goranboyda avtomobil piyadanı vuraraq qaçdı

Goranboyda piyadanı vuran avtomobil hadisə yerindən yayınıb.

Cia.az xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində baş verib. Toydan çıxaraq yolu keçmək istəyən 1983-cü il təvəllüdlü kənd sakini Mirzəyev Rüfət Etibar oğlunu naməlum avtomobil vuraraq qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.