|
Dövlət qurumunun binasında yanğın törədən şəxs saxlanıldı

Sentyabrın 30-da saat 3 radələrində Ağsu şəhər ərazisində yerləşən Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın törətməklə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Cia.az-a DİN-in Mətbuat Xidmətindən bidirilib.

 

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Qaraqaşlı kənd sakini F.Əsgərov müəyyən edilərək saxlanılılıb.