|
Bu il Ermənistandan Rusiyaya gedənlərin sayı açıqlanıb

30 il əvvəl olduğu kimi hazırda da Ermənistan vətəndaşlarının ən çox mühacirət etdiyi ölkə Rusiyadır.

Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Rusiya Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, Ermənistan 2021-ci ildə miqrant axınına görə ilk üçlükdə yerləşir. 2021-ci ilin yanvar-iyul aylarında Ermənistandan Rusiyaya 20 min vətəndaş axın edib. 

Cari ilin ilk 6 ayında Tacikistanın 38 min, Ukraynanın 26 min vətəndaşı Rusiyaya miqrasiya edib.