|
Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşdü

Ermənistanın Ararat vilayətində ağır yol qəzası baş verib.

Cia.az “Shamshyan” portalına istinadən xəbər verir ki, qəza İrəvan-Yerasx-Mehri avtomobil yolunun 80 kilometrliyində baş verib.

Yük maşını yolun hərəkət hissəsindən çıxıb və təxminən 150 metr məsafədən dərəyə yuvarlanıb. Qəza nəticəsində 1 nəfər ölüb, digəri isə yaralı halda xəstəxanaya yerləşdirilib.

 

İlkin məlumata görə, qəzada ölən və yaralanan Rusiyanın Sərhəd Qoşunlarının hərbçiləri olub.

Polis hazırda qəzada iştirak edənlərin şəxsiyyətini müəyyənləşdirir.