Türkiyənin “Altın Kelebek” mükafatına namizəd olan azərbaycanlı müğənnilərin adları açıqlanıb.
Cia.az xəbər verir ki, onlar Çingiz Mustafayev, Çinarə Məlikzadə, Ayaz Babayev, Hiss və Nahidə Babaşlıdır. Sözügedən ifaçılar “Azərbaycanın parlayan gənc ulduzu” nominasiyası uğrunda mübarizə aparır.
Səsvermə artıq aktivdir.
Qeyd edək ki, Xalq artisti Aygün Kazımova bir, Xalq artisti Röya Ayxan isə iki dəfə “Altın Kelebek” mükafatını qazanıb.

