|
Rusiyalı səfirdən üçtərəfli görüş xəbərinə

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Ermənistan” blokunun rəhbəri, eks-müdafiə naziri Seyran Ohanyanla görüşüb.

 

Cia.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar Ermənistandakı hərbi-siyasi durumu, parlamentlərarası əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

Kopırkin noyabrın 9-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya arasında yeni üçtərəfli razılaşmanın imzalanacağı ilə bağlı məlumatlı olmadığını da deyib.