|
Azərbaycan, Rusiya və Ermənistan liderləri Soçidə görüşəcək

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşəcəyi yerlə bağlı yeni versiya səslənib.

 

Cia.az Rusiyanın “Oktaqon” media resursuna istinadən xəbər verir ki, İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin noyabrın 9-da Soçidə görüşəcək.

 

“Görüşdə Qarabağdakı mövcud situasiya müzakirə ediləcək”, – deyə sayt yazır.

 

Xatırladaq ki, bundan bir neçə gün öncə, Ermənistan mediası üçtərəfli görüşün noyabrın 9-da Moskvada keçiriləcəyini və görüşdə 2 sənədin imzalanacağını iddia edirdi.