|
Parlament Vatikanda səfirliyimizin açılmasını müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirə edilib. 

Cia.az  xəbər verir ki, qanun layihəsinə əsasən Azərbaycan Vatikanda səfirlik açacaq. 

Komitə sədri Səməd Seyidov bildirib ki, Papa Fransis Vatikana rəhbərlik edəndən sonra səfirliklərin sayı Vatikanda artıb: “Orada səfirliyin təsis edilməsi multikulturalizmin ən böyük nümunələrindən biridir. Ümid edirik ki, gələcəkdə Vatikanın da ölkəmizdə səfirliyi açılacaq.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacla əlaqələrə verdiyi töhvə müstəsna rol oynayır”.