|
Parlament:

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova Yunanıstan paytaxtında baş tutan parlament sədrlərinin Avropa konfransında iştirakı, Afinada keçirdiyi görüşlər barədə deputatları ətraflı məlumatlandırdıqdan sonra cari məsələlərlə bağlı müzakirələr başladı.

Deputat Məlahət İbrahimqızı qardaş Türkiyənin Cümhuriyyət günü ilə bağlı təbriklərini çatdırdı. Daha sonra xatırlatdı ki, son on ildə məktəbəqədər təhsil Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Deputat qeyd etdi ki, bu gün məktəbəqədər təhsilin Təhsil Nazirliyinə verilməsinin vaxtı çatıb. M.İbrahimqızı bununla bağlı müvafiq qurumlara müraciət etdi.

Daha sonra deputat Azərbaycanda boşanmaların sürətlə artdığını qeyd etdi, Ədliyyə Nazirliyinin rəsmi açıqlamasını xatırlatdı. Dedi ki, ölkəmizdə boşanmalar 43 faizə çatır ki, bu, qonşu ölkələrlə müqayisədə yüksək rəqəmdir.