|
Azərbaycan çempionatında “Zəfər turu”

2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarını azad etdi.

Cia.az xəbər verir ki, şanlı qələbədən sonra 8 Noyabr ölkədə “Zəfər Günü” olaraq təsis edilib.

Peşəkar Futbol Liqası qələbənin ildönümü münasibətilə Premyer Liqanın 10-cu turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.

 

Premyer Liqada 10-cu tura sabah, “Zirə” – “Keşlə” matçıyla start veriləcək.

6 noyabr (şənbə)

15:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena”

19:00. “Keşlə” – “Neftçi”
“ASK Arena”

7 noyabr (bazar)

15:00. “Səbail” – “Qəbələ”
“ASCO Arena”

19:30. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”