|
Azərbaycanda böyük amnistiya olacaq

Azərbaycanda amnistiya aktı qəbul ediləcək. Bu barədə Cia.az-a Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, amnistiya aktının 8 Noyabr Zəfər günü ərəfəsində qəbul ediləcəyi gözlənilir.

Ə.Nuriyev bildirib ki, bu nəcib təşəbbüslə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxış edib.