Azərbaycanlı rejissor vəfat edib. “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, Nicat Feyzullayev dünyasını dəyişib.
O, “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Mərhumla vida mərasimi bu gün saat 16:00-da Rəssamlar Evində olacaq.
1945-ci ildə Bakıda rəssam Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr,Musiqi və Kinematoqrafiya institutunda təhsil alır. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləyir.
Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşç-rejissoru, ssenari müəllifidir.
"Gümüşgöl əfsanəsi" (film, 1984),"Küçələrə su səpmişəm" (film, 2004), "Axırıncı aşırım" (film, 1971rejissor assistenti), "Qızıl qaz" (film, 1972) və sairə kimi filmləri ilə uğur qazanıb.
Cia.az
