|
Qazax sakini özünə xəsarət yetirib

Qazax sakinin bıçaq xəsarəti almasının təfərrüatları məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Cia.az-a verilən məlumata görə, rayon sakini Təvəkkül Musayevin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Qazax rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları müvafiq araşdırmalar aparıb. Zərərçəkən ilkin ifadəsində özü-özünə xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.