|
Əli Əsədov Alpaslan Çakarla görüşdü

Baş nazir Əli Əsədov bu gün Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarla görüşüb.

Cia.az xəbər verir ki, görüşdə iki ölkə arasında maliyyə-bank sektorunda əlaqələrin hazırkı vəziyyəti, həmçinin, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

 

Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı görüşdə iştirak edib.