Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakovla görüşüb.
Cia.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan və İstrakov Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.
