Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.
Cia.az xəbər verir ki, hakim Faiq Qəniyevin COVİD-19 testi müsbət çıxıb.
Bu səbəbdən onun və kollegiyada onunla birgə təmsil olunan digər hakimlərin icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə salınıb.
