|
Maksim Şevçenko: “Ermənistanda bir çox insan Nikol Paşinyanla hesablaşmaq istəyir”

 

 

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Ermənistanda siyasi vəziyyət, hərbi çevrilişin mümkün olub-olmaması və s. məsələlərlə bağlı Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın həm ölkəsində, həm də Avropada kifayət qədər tərəfdaşı var:

“Hər halda Nikol Paşinyan hökumət başçısıdır, ölkədə çox şeyi o müəyyən edir, hüquq-mühafizə orqanları ona tabedir. O, çətin vəziyyətlərdə daxili siyasi qələbələr qazana bilər. Bunu növbədənkənar parlament seçkilərinin nəticələri də göstərdi.