|
Kollec "Azərsu" ASC-ni məhkəməyə verib

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci "Azərsu" ASC-ni məhkəməyə verib.

Cia.az-in əldə etdiyi məlumata görə, kollec Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ASC-yə qarşı kommunal xərclərlə bağlı tələb irəli sürüb.

İddia hakim Zaur Pirverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 15-nə təyin edilib.