|
Ronaldonun malikanəsinin qanunsuz yerləri söküləcək

Kriştianu Ronaldonun Portuqaliyadakı malikənəsinin bəzi hissələri söküləcək.

Cia.az xəbər verir ki, bu barədə Braqa şəhərinin meri Manuel Tibo açıqlama verib. 

O bildirib ki, Ronaldo təqdim etdiyi layihədən kənara çıxaraq ərazini genişləndirib. Onun qanunsuz tikdiyi yerlər söküləcək. 

 

Qeyd edək ki, Peneda-Geres Milli Parkının yaxınlığında yerləşən malikanələrin qiyməti 2,7 milyon avro olaraq qiymətləndirilir.