|
“Barselona” Xavi ilə anlaşdı

Ronald Kumanla yollarını ayıran “Barselona” onun yerinə sabiq futbolçusu Xavini gətirəcək.

Cia.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu artıq Xavi ilə razılıq əldə edib. 

 

“Əl-Sədd” klubundan ayrılacaq çalışdırıcının keçidi yaxın günlərdə rəsmən açıqlanacaq.