|
Türkiyə MN Ankarada ABŞ-la görüşün keçirildiyini təsdiqlədi

Türkiyənin Milli Müdafiə Nazirliyi Ankarada Türkiyə və ABŞ-ın Müdafiə Nazirlikləri arasında görüş keçirildiyini təsdiq edib.

Cia.az xəbər verir ki, nazirlik tərəflərin görüş zamanı “F-35” proqramı ilə bağlı narazılığı və maliyyə məsələlərini müzakirə etdiyini açıqlayıb.

 

Qeyd edək ki, iki ölkənin nazirlikləri arasında görüşün keçirildiyini ilk Pentaqon açıqlayıb.