|
Ağdamda tapılan insan skeletləri ilə bağlı araşdırma başladı

Baş Prokurorluq Ağdam rayonunda qazıntı işləri zamanı iki insan skeletinin tapılması haqda açıqlama verib.

Mətbuat xidmətindən Cia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.

 

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.