|
“Araz” Çempionlar Liqasında ilk matçına çıxır

Futzal üzrə Azərbaycan çempionu “Araz” (Naxçıvan) bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.

Cia.az xəbər verir ki, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın “Uraqan” komandası ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

 

6-cı qrup

28 oktyabr

20:00. Uraqan (Ukrayna) – Araz (Naxçıvan, Azərbaycan)

Baş hakim: Yosip Barton (Şimali Makedoniya).

İvano-Frankivski. Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.