|
2022-ci il üçün ehtiyac meyarının həddi artırılır

Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi artırılır.

Cia.az xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, ehtiyac meyarının həddi 200 manata çatdırılıb .

 

Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilmişdi.