|
Jirinovski 6 doza vaksin

Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski yeni açıqlama ilə çıxış edib.

 

Cia.az  Rusiya KİV-nə istinadən xəbər verir ki, o, koronavirusa qarşı 6 doza vaksin vurdurduğunu söyləyib.

“Mən 2 doza “Sputnik V”, 1 doza “Sputnik Layt”, 1 doza immunitet üçün vaksin və 2 doza “KoviVakom” vurdurmuşam”.

 

Jirinovski yaxın zamanlarda yenidən vaksin vurduracağını və hər kəsi ondan nümunə götürməyə səsləyib.