|
Çəklişləri zamanı qan tökülən filmin taleyi açıqlandı

 

 

Çəkiliş meydançasında faciə yaşanan “Rust” (“Pas”) filmin çəkilişləri istintaqdan sonra davam edəcək. Bu barədə filmin prodüsserləri xəbər veriblər.

Bildirilir ki, hazırda gələcək üçün plan qurmaq çətindir.

“Biz bu böhrandan keçərkən, ən azı istintaq bitənə qədər çəkilişləri dayandırmaq qərarına gəldik. Bununla belə söhbət filmin ümumiyyətlər dayandırılmasından yox, fasilədən gedir”, - deyə onlar əlavə ediblər.

 

Xatırladaq ki, Nyu-Meksikoda “Rust” qərb filminin çəkilişləri zamanı aktyor Alek Bolduin güllə ilə dolu tapançadan atəş açmışdı. Nəticədə 48 yaşlı rejissor Coel Souza və 42 yaşlı kinooperator Qalina Hatçins yaralanmışdı. Souza bir neçə saat sonra xəstəxanadan buraxılsa da, Hatçinsin həyatını xilas etmək mümkün olmadı.

Bolduinə qarşı hələlik heç bir ittiham irəli sürülməyib.

 

Mənbə: CNN