|
Olimpiya mükafatçımız dünya çempionatında mübarizəyə qoşulur

 

 

Bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında iki boksçumuz mübarizəyə qoşulacaq.

Cia.az xəbər verir ki, bunlar I Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev və Tokio Olimpiadasının bürünc medalçısı, II Avropa Oyunlarının qalibi Loren Alfonso Dominqesdir.

- 60 kq
1/32 final

Tayfur Əliyev – Şarles Peti-Homm (Haiti)

 

- 86 kq
1/16 final

Loren Alfonso Dominqes – Tavfikulla Suleymani (AIBA)

Qeyd edək ki, dünən üç boksçumuz mübarizəyə qoşulub. Malik Həsənov (-63,5 kq) 1/32 final mərhələsi çərçivəsində Xuan Reyeslə (Qvatemala) üz-üzə gəlib. 5:0 qalib gələn Malik 1/16 finalda ilk görüşdən azad olan Hovannes Baçkovla (Ermənistan) qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.

Məsud Yusifzadə (-51 kq) 1/16 final mərhələsi çərçivəsində Enxmandaq Xarxuu (Monqolustan) ilə döyüşüb. O, rəqibini 4:1 məğlub edərək 1/8 finalda Yankiel Riveraya (Puerto Riko) rəqib olub. Bu döyüş noyabrın 1-nə təsadüf edəcək.

Rauf Rəhimov (-92 kq) Luis Vilyiamsla (İngiltərə) qarşılaşıb. 1/32 final mərhələsində baş tutan görüş idmanç