|
Braziliyanın  qoruyucu maskaların taxılması könüllü olacaq

Braziliyada küçədə tibbi maska taxmaq tələbi ləğv edilir.

Cia.az xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı paytaxt qubernatoru müvafiq fərman imzalayıb.

Qərara əsasən, noyabrın 3-dən Braziliyanın Federal Dairəsində qoruyucu maskaların taxılması könüllü olacaq.

 

Lakin qapalı məkanlarda - ictimai nəqliyyatda, ticarət, istehsal və xidmət müəssisələrində bu tələb qüvvədə qalacaq.

Qeyd edək ki, Braziliya yoluxma sayına görə dünyada üçüncü, ölənlərin sayına görə ikinci yerdədir.