Bu ilin 10 ayında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə illər üzrə ən yüksək məbləğdə və sayda ipoteka krediti verilib.
Cia.az fonddan əldə etdiyi məlumata görə, cari ilin yanvar ayından bu günədək müvəkkil banklar tərəfindən 4 538 sayda 300 milyon manat məbləğində ipoteka kreditinin verilməsi təmin edilib.
Ümumilikdə, 2006-cı ildən bu günədək fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 940 milyon manatı, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.
