|
Moskvada Maqomayevin adına küçə verilə bilər

Rusiyanın paytaxtı Moskva şəhərində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adına küçə verilə bilər.

Bu barədə Cia.az “Moscow-Baku” nəşrinə istinadən xəbər verir. 

Məlumata görə, ictimaiyyət nümayəndələri və Moskvanın Azərbaycan diasporu şəhər hakimiyyətinə müraciət edərək Müslüm Maqomayevin adını Yeni Moskvada küçələrdən birinə vermək təşəbbüsünü irəli sürüblər.