|
Sevda Kamiləni arzusuna çatdırdı

Aparıcı Kamilə Babayeva Əməkdar artist Elton Hüseynəliyevlə bağlı arzusunu açıqlayıb.

 

Axşam.az xəbər verir ki, Kamilə müğənninin ifasını çox sevdiyini bildirib. O qeyd edib ki, müğənni Sevda Yahyayevanın toyunda Eltonla bağlı arzusuna çatıb:

"Hər zaman arzulamışam ki, Elton oxusun, mən isə oturum onu dinləyim. Sevda məni bu arzuma çatdırdı. Toyda oturdum, Eltonun ifasını dinlədim".