|
Avropa Komissiyası qaz və elektrik enerjisi qiymətlərinin ayrılmasını dəstəkləyib

Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton Fransanın qaz və elektrik enerjisi qiymətlərinin biri birindən ayrılması ideyasını dəstəkləyib.

Bu barədə Cia.az  Rusiya mətbuatına istinadən xəbər verir.

"Düşünürəm ki, Fransa bu məsələni gündəmə gətirməklə düzgün addım atıb. Biz hər 5-10 ildən bir enerji böhranı ilə üzləşirik", - T. Breton qeyd edib.

Eyni zamanda, Avropa komissarı Avropa İttifaqı ölkələrinin birgə qaz alması ideyasının effektivliyini şübhə altına alıb: "Bu, yalnız ideyadır, onun effektiv olub-olmayacağını bilmirəm. İdeya İspaniya tərəfindən təklif edilib. onu nəzərdən keçirəcəyik".

Qeyd edək ki çərşənbə axşamı Avropa İttifaqı ölkələrinin energetika nazirləri fövqəladə iclasda qazın qiyməti ilə bağlı vəziyyəti müzakirə edəcək.