|
Ermənistanda maşın dərəyə yuvarlandı, 3 ölü

Ermənistanda Çambarak-Berd avtomobil yolunda maşın dərəyə yuvarlanıb.

Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

 

Məlumata əsasən, UAZ markalı avtomobil yolun hərəkət hissəsindən çıxıb və dərəyə yuvarlanıb. 

İnsident zamanı xəsarət alan avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib.