|
Koronavirusa yoluxan Hafiz Hacıyevin vəziyyəti

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.

 

Cia.az xəbər verir ki, unikal.org-un məlumatına görə, hazırda partiya sədrinin vəziyyəti ağırdır.

 

Qeyd edək ki, H.Hacıyev oktyabr ayının 17-dən etibarən Gömrük Hospitalında müalicə alır. Test nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib və reanimasiyaya yerləşdirilib.