“Dostlar” serialında yaratdığı Qanter obrazı ilə populyarlıq qazanmış amerikalı aktyor Maykl Tayler dünyasını dəyişib.
Bu barədə Cia.az “BBC News” telekanalına istinadən xəbər verir.
Məlumata görə, aktyor 59 yaşında Los-Ancelesdəki evində vəfat edib.
Tayler son üç ildə prostat vəzi xərçəngindən əziyyət çəkirdi.


