2034-cü ildə növbəti Dünya müharibəsi olacaqmı? ....
Dünya 5 milyon insanın ölümünə səbəb olan koronavirusla mübarizəni davam etdirərkən, Çinlə bağlı yeni bir xəbər gündəm olub.
Milli Əks -Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan hesabatda Çin şirkətlərinin ABŞ və Avropa biotexnologiya sektoruna sərmayə qoyduqlarına diqqət çəkilib.
Hesabatda Çinin hərbi üstünlük əldə etmək üçün texnoloji üstünlüyündən istifadə etməyə çalışdığı və koronavirus testləri ilə genetik məlumat bazası yaratdığı barədə xəbərdarlıq edilib.
Eyni hesabatda Çinin biotexnoloji firmaların satınalmaları ilə qlobal genetik məlumat bazası yaratdığına dair xəbərdarlıq edilir.
“Çinin korona planı” olaraq xarakterizə edilən bu vəziyyətə görə Pekin rəhbərliyinin on milyonlarla insanın genetik məlumatlarına çıxışı olacağı bildirilir. Hesabatda Çinin hərbi üstünlük qazanmaq üçün texnologiya üstünlüyünü istifadə etməyə çalışması ilə yanaşı, bu vəziyyətin ABŞ səhiyyə sektorunu Pekindən asılı vəziyyətə sala biləcəyi də vurğulanıb.
Qeyd edək ki, son zamanlar ən gərgin dövrünü yaşayan Çin-ABŞ münasibətləri dünyanın diqqətini Sakit okeana cəmləyib.
ABŞ-ın təqaüddə olan admiralı Ceyms Stavridis və jurnalist Elliot Ackerman tərəfindən yazılmış "2034: Növbəti Dünya müharibəsinin romanı" adlı kitabda Cənubi Çin dənizi yeni bir müharibəyə başlamaq potensialı olan bölgə kimi göstərilib.
Sözügedən kitabda belə bir müharibə vəziyyətində hansı silahlardan istifadə edilə biləcəyi haqqında məlumatlar da verilib. Buna görə də pilotsuz hərbi maşınlar döyüş meydanında üstünlük təşkil edəcək. Stavridis və Ackerman ənənəvi müharibə ilə yanaşı, belə bir qarşıdurmanın bir ilk olacağına inanırlar. İkiliyə görə, bu cür müharibədə hər iki tərəf “düşmən sistemlərini” ortadan qaldırmaq üçün genişmiqyaslı xaker hücumlarına başlayacaq
