|
Boris Consan Britaniya vətəndaşlarını peyvəndin 3-cü dozasını vurdurmağa çağırıb

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkə vətəndaşlarını koronavirus peyvəndinin 3-cü dozasını vurdurmağa çağırıb.

Cia.az-ın  məlumatına görə, bu barədə hökumət başçısının şənbə günü yaydığı bəyanatda deyilir.

“Peyvəndlər bu qışı keçməmizə kömək edəcək. Biz fenomenal irəliləyiş əldə etmişik, lakin işimiz hələ tamamlanmayıb. Məlumdur ki, peyvəndlərin təmin etdiyi qorunma altı aydan sonra zəifləyə bilər. Sevdiklərinizi və ətrafınızdakıları qorumaq üçün 3-cü doza üçün dəvət aldıqda peyvənd olunmağa tələsin”, deyə baş nazir vurğulayıb.