|
Usta cüdoçumuz dünya çempionatında bürünc medal qazandı - FOTO

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.

Cia.az  xəbər verir ki, +100 kq  çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Azər Əsgərov çempionatda bürünc medala sahib olub.

Qeyd edək ki, Komandamız turnirdə 15 cüdoçu ilə təmsil olunur.