|
Tovuzda iki yol qəzası olub, 5 nəfər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Cia.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Prokurorluq Sumqayıt sakininin qətli ilə bağlı məlumat yayıb
Şamaxıda qanunsuz COVID-19 pasportu satan şəxslərə cinayət işi açılıb
Sumqayıtda narkotik dövriyyəsinə görə daha 12 nəfər saxlanılıb- VİDEO
Hərəkətdə olan "VAZ 2107" ilə "VAZ 2106 " markalı avtomobillər toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Vüqar Cəfərov və 1986-cı il təvəllüdlü Amin Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Digər qəza isə rayonun Qovlar şəhərində qeydə alınıb.

“NİVA” ilə "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Yeganə Sadıqova, 1954-cü il təvəllüdlü Gülmaya Lahıcova və 1949-cu il təvəllüdlü Çiçək Sadıqova xəsarət alıblar. Hər 3 yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.