Xanımlar makiyajla daha cəlbedici və gözəl görünməyi arzulayır. «Pişik baxışları» makiyajı hər bir qadını daha seksual göstərəcək. Burada əsasən, gözlərə önəm vermək lazımdır.
"Pişik baxışları" makiyajının sirrlərini təqdim edirik:
· Gözün dib hissəsini açıq, ortanı tünd qəhvəyi göz kölgəsi ilə rəngləyin. Uc hissəyə isə qara göz kölgəsi yayın. Çalışın, kölgə göz kənarlarından çıxsın.
· «Pişik baxışlar» makiyajında göz qələmindən istifadə etmək olmaz. Gözün üstünə layner çəkin. Kirpiklərin yalnız uc hissəsinə tuş vurun
· Gözün altına nazik fırça ilə qəhvəyi göz kölgəsi yayın.
· Kərpic rəngli ənlikdən istifadə edin. Çalışın, ənliyi yanağınıza uzununa çəkin.
· Makiyajda açıq rəngli tonal kremdən istifadə etmək lazımdır.
· Dodaq boyası isə təbii rəngdə olmalıdır.
Cia.az
