|
Artur Rasi-zadənin səhhətində problem yarandı, xaricə aparıldı

Sabiq Baş nazir Artur Rasi-zadənin səhhətində problem yaranıb.

Cia.az-ın Modern.az-a istinadən məlumatına görə, Rasi-zadə hazırda Bakı şəhərində deyil. O, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur və yaxın vaxtlarda paytaxta qayıdacaq.

 

Qeyd edək ki, 86 yaşlı Artur Rasi-zadə Baş nazir postunda 22 il çalışıb.