|
“Əl Qaida” başçılarından biri məhv edildi

Suriyada “Əl Qaida” terror qruplaşmasının başçılarından olan Abdul Həmid Al-Matar məhv edilib.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

 

Məlumata görə, ABŞ-ın Hərbi Hava Qüvvələri cümə günü Suriyanın şimal-qərb hissəsinə pilotsuz MQ-9 təyyarəsi ilə zərbələr endirib.

Zərbə zamanı dinc sakinlərin həlak olması haqqında xəbər yoxdur.