|
Tarkanın “Trendyol”la əməkdaşlıqdan qazancı məlum oldu

 

 

Türkiyənin tanınmış pop ifaçısı Tarkan “Trendyol”la əməkdaşlığı çərçivəsində fotosessiya etdirib. Meqastarın gələn həftə məşhur marka üçün rekam videoçarxına çəkiləcəyi bildirilib.

Bu gün isə müğənninin bir illik anlaşmadan qazancı açıqlanıb. Qeyd olunub ki, Tarkan“Trendyol”la birgə çalışdığına görə 15 milyon TL gəlir əldə edəcək.

 

Xatırladaq ki, Tarkan bu yaxınlarda özünün sosial şəbəkə səhifəsindən “Trendyol”la əməkdaşlığa başlayacağını təsdiq etmişdi. Hələ o zaman meqastarın reklam kampaniyasından əldə edəcəyi gəlir bir çoxlarında maraq doğurmuşdu.

Mənbə: “Heber Global”