|
Jony “Avroviziya” da Azərbaycanı təmsil etməkdən imtina edib

MDB ölkələrində yetərincə populyarlıq qazanmış müğənni Jony (Cahid Hüseynli) “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edə bilərmiş.

Cia.az xəbər verir ki, bu barədə “Atlantic Records Russia”nın rəhbəri Bahh Tee (Bəxtiyar Əliyev) “Стрелец-Молодец” yutub layihəsinə müsahibəsində bildirib.

 

“Jony-nin super böyük perspektivləri var. O, hətta 2-3-dəfə “Avroviziya”dan imtina edib. Bu, ona ümumiyyətlə maraqlı deyil. Ona həm Azərbaycan, həm də Rusiyadan təklif ediblər. Tam da imtina etməyib, iş cədvəli ilə alınmayıb”, - Bahh Tee deyib.

Jony-dən danışan Bahh Tee onun yaradıcılığını yüksək qiymətləndirib: ““Kometa” treki – bizim dövrümüzün estradasıdır”.