|
Rusiyada daha bir terror aktının qarşısı alındı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Stavropol diyarında terror aktının qarşısını alıb.

Cia.az “TASS”a istinadən xəbər verir ki, FSB İŞİD tərəfdarının Stavropol diyarında nəqliyyat infrastrukturuna qarşı terror aktı törətmək cəhdinin qarşısını alıb.

Bildirilir ki, saxlanılan şəxs hücumu əldəqayırma partlayıcı qurğu vasitəsilə həyata keçirməyi planlaşdırıb.

 

Məlumata əsasən, həmin şəxsin yaşayış yerində aparılan axtarış əməliyyatı zamanı partlayıcı maddə və əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün digər elementlər aşkar olunaraq müsadirə edilib.