|
Rusiyada barıt istehsalı zavodunda yanğın -

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda yanğın baş verib.

Cia.az “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

 

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın əhali üçün təhlükə doğurmur.