|
“Qarabağ” bu göstəricidə Konfrans Liqasının lideridir

Avropa Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Cia.az klubun saytına istinadən xəbər verir ki, dünən Qazaxıstanın “Kayrat” komandasını 2:1 hesabıyla məğlub edən “Qarabağ” ən çox topla oynayan komandadır.

 

Ağdam klubu bu göstəricidə Konfrans Liqası komandaları arasında birincidir.

Ümumi statistikalarda da “Qarabağ” 64 faiz topa sahib olub.