|
Daha bir MDB ölkəsi “Bayraktar” alır

Qırğızıstan Türkiyədən “Bayraktar TB2” pilotsuz uçuş aparatları alır.

Cia.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədri general Kamçıbek Taşiyev jurnalistlərə açıqlamasında bilidirib.

 

O, PUA-ları artıq sifariş etdiklərini, yaxın zamanda təslim alacaqlarını qeyd edib:

"PUA-ları istifadə edəcək şəxslər Türkiyədə təlim keçiblər. Yaxın günlərdə “Bayraktar TB2”lər ölkəmizə gətiriləcək”.